Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.
Çində çoxdəfəlik kosmik raket uğrunda yarış qızışır. Artıq Çinin Ciuçüan kosmodromunda "Long March 12A" raketi, "LandSpace" şirkətinin hazırladığı "Zhuque-3" kosmik gəmisi və "Space Pioneer" şirkətinə məxsus "Tianlong-3" raketi starta hazırdır.
Reyting.az Çin mətbuatına istinadla bildirir ki, "Long March 12A" və "Zhuque-3" dekabrda həm orbitə çıxmağa, həm də ilk mərhələni başa vurub geri dönməyə cəhd edəcəklər. "Tianlong-3" raketi isə ilk uçuşdan sonra eniş etməyəcək. Bunun əsas səbəbi yerli kosmik sənayedə məhz hansı raketin Çin tarixində ilk eniş cəhdini etməli olduğu barədə hələ də davam edən müzakirələrdir.
Məlumata görə, "LandSpace" sınaqları tamamlasa da, tərəddüdlər var, çünki "Şençjou-20" insidenti səbəbindən buraxılış ayın sonuna qədər təxirə salınıb.
Oqtay QORÇU