Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Dünyanın ən böyük valyuta ehtiyatları olan Çinin valyuta ehtiyatları sentyabr ayında avqust ayı ilə müqayisədə 38 milyard dollar azalaraq 3,4 trilyon dollara çatıb.
Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bu barədə Çin Xalq Bankı açıqlama yayıb.
Açıqlamaya görə, Çin valyutası olan yuan ötən ay ABŞ dollarına qarşı 0,22%, ABŞ dolları isə əsas valyutalar səbətinə qarşı 2,06% dəyər qazanıb.
Sentyabr ayının sonunda qızıl ehtiyatları əvvəlki ayda 76,73 milyon unsiya ilə müqayisədə 77,47 milyon unsiya təşkil edib. Beləliklə, Çin Xalq Bankı 740 min unsiya qiymətli metal alıb.
Gülşən Şərif