Çinin xarici işlər naziri: Azərbaycan Orta Dəhlizdə mühüm mövqeyə malikdir

14.10.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Çinin xarici işlər naziri Vanq Yi Azərbaycanın Orta Dəhlizdə mühüm mövqeyə malik dövlət olduğunu vurğulayıb.

Bakıvaxtı.az xəbər verir ki, o bu barədə Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşü zamanı bildirib.

Qonaq Çinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini qeyd edib, Azərbaycanın beynəlxalq və regional məsələlərdə artan rolunu xüsusi vurğulayıb.

Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığı deyən nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurlu və dinamik inkişafını qeyd edib, bütün bunlara Azərbaycanın yaxın dostu kimi Çinin səmimi-qəlbdən sevindiyini bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью