Çinin xarici ticarəti 15,3 faiz çoxalıb

09.06.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Pekin, 9 iyun, AZƏRTAC

Çinin xarici ticarəti yanvar-may aylarında ötən ilin eyni dövrü ilə müqayisədə milli valyuta ifadəsində 15,3 faiz artaraq 20,68 trilyon yuana (təxminən 3,03 trilyon ABŞ dolları) çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Baş Gömrük Administrasiyası məlumat yayıb.

May ayında isə xarici ticarət 16,9 faiz artıb. Bu dövrdə Çinin ixracı 13,8 faiz, idxalı isə 21,5 faiz artıb.

Ümumi daxili məhsulun (ÜDM) dəyərinə görə dünyada ikinci olan Çinin iqtisadiyyatının qlobal iqtisadi-ticari əlaqələrə təsiri olduqca böyükdür. Təsadüfi deyil ki, bir sıra təhlil mərkəzlərinin dünya iqtisadiyyatı ilə bağlı proqnozları Çin iqtisadiyyatının inkişafı və onun xarici ticarət proqnozlarına əsaslanır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью