Çinin Xəzərdə enerji təşəbbüsləri müzakirə edilib

03.09.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan və Çin arasında neft-qaz sektoru və “yaşıl enerji” sahəsində potensial layihələr, o cümlədən Xəzər dənizində mümkün enerji layihələri barədə müzakirələr aparılıb.

Energetika Nazirliyindən bildirilib ki, nazir Pərviz Şahbazovun "China National Offshore Oil Corporation" (CNOOC) şirkətinin Müşahidə Şurasının sədri Zhang Chuanjiang ilə görüşündə Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın inkişafından məmnunluq ifadə olunub, iki ölkə arasında müxtəlif sahələrdə uğurla davam edən əməkdaşlığın enerji sektorunda da geniş imkanlar yaratdığı vurğulanıb. İki ölkənin strateji əməkdaşlığının daha da möhkəmləndirilməsinə xidmət edən sənədlərin əhəmiyyəti qeyd olunub.

Söhbət zamanı Azərbaycan və Çin şirkətləri arasında enerji sahəsində formalaşmış əməkdaşlıq əlaqələri nəzərdən keçirilib, mövcud tərəfdaşlığın inkişaf etdirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb. CNOOC şirkətinin nümayəndələri Azərbaycanda həyata keçirilən enerji layihələrində iştirak etmək maraqlarını ifadə ediblər.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью