Çinin Yanşan Universitetinə Azərbaycan haqqında kitablar təqdim edilib

18.06.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Pekin, 18 iyun, AZƏRTAC

Çinin Yanşan Universitetinin kitabxanasına Azərbaycan mədəniyyəti, incəsənəti, ədəbiyyatı, tarixi və mətbəxinə dair 25 fərqli adda 32 ədəd kitab hədiyyə edilib.

AZƏRTAC xəbər verir ki, kitablar Yanşan Universitetinin azərbaycanlı tələbəsi Sadiq Qaçayevin təşəbbüsü, Azərbaycanın Çindəki səfirliyi və Pekin Xarici Dillər Universitetinin Asiya fakültəsi Azərbaycan dili kafedrasının dəstəyi ilə ali təhsil ocağına təqdim olunub.

Universitet kitabxanasının direktoru xanım Yuan Sümey kitabxana resurslarının zənginləşdirilməsinə töhfəyə görə təşəkkür edib. Bildirib ki, çinli və əcnəbi tələbələr həmin kitablardan istifadə etməklə Azərbaycan haqqında daha çox məlumat əldə edə biləcəklər.

Vurğulanıb ki, ianə edilmiş kitablar Azərbaycan-Çin dostluğunun möhkəmlənməsinə töhfə verəcək.

Qeyd edək ki, Yanşan Universitetinin yeganə azərbaycanlı tələbəsi olan Sadiq Qaçayev humanitar elmlər və hüquq məktəbində doktorantura pilləsi üzrə təhsil alır. O, həm də Hebey əyalətinin Dövlət Siyasətinin Təhlili və Tədqiqi Mərkəzinin əsas ekspertidir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью