Çinin yeni səfiri Ermənistana getdi

26.04.2025

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Çinin Ermənistandakı yeni səfiri Li Sinvey İrəvana gedib.

News24.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i Çin səfirliyinə istinadən məlumat yayıb.

Diplomatik missiyadan bildirilib ki, Pekin İrəvanla münasibətləri dərinləşdirmək və Ermənistan-Çin əməkdaşlığını genişləndirmək niyyətindədir.

Qeyd edək ki, Çinin Ermənistanda təxminən 9 ay səfiri olmayıb. Çinin əvvəlki səfiri Fan Yun 2024-cü il iyulun 11-də missiyasını başa vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью