Çinin yeni yük PUA sı ilk uçuşunu həyata keçirib

23.05.2025

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Çinin yeni yük PUA-larından biri olan Caihong-YH1000 ilk uçuşunu uğurla başa vurub, bununla ölkə pilotsuz logistika sahəsində daha bir irəliləyişə imza atıb.

525.az xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb.

Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası  tərəfindən hazırlanmış “Caihong-YH1000” təyyarə tipli nəqliyyat dronu qısa zolaqdan qalxma enmə qabiliyyəti ilə orta hündürlükdə universal təyinatlı uçuşlar üçün nəzərdə tutulub, həmçinin mürəkkəb mühitlərdə istifadə üçün də uyğundur. İki mühərrikli konfiqurasiya dronun yollarda, sərt torpaqda və ot səthlərində havaya qalxıb enməsinə imkan verir.

Dron, hətta əlavə qoşmalarından istifadə edərək su səthlərində və qar üzərində qalxıb enə bilir. Bu dronun uçuş məsafəsi 1500 km, daşıma qabiliyyəti isə 1200 kq-dır. Onun maksimal işləmə hündürlüyü 8000 metrə çatır, uçuş müddəti isə 10 saatdır.

Gələcəkdə Caihong-YH1000 ölkənin mərkəzi və qərb hissələrində çətin releyfli ərazilərə malların çatdırılması üçün istifadə oluna bilər.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью