Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Prezident İlham Əliyev Çin televiziyasına müsahibəsində Azərbaycanın şaxələnmiş xarici siyasətinin yalnız siyasi münasibətləri deyil, həm də iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini əhatə etdiyini vurğulayır.
Prezident ölkənin strateji tərəfdaşları ilə imzaladığı bəyannamələrin Azərbaycana geniş beynəlxalq dəstək qazandırdığını və bu prosesin yalnız Mərkəzi Asiya və Cənubi Qafqazla məhdudlaşmadığını qeyd edir".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Onun sözlərinə görə, Azərbaycan dünya miqyasında böyük siyasi və iqtisadi təsirə malik olan ölkələrlə, xüsusilə Çin, Türkiyə, Özbəkistan və Avropa İttifaqı ilə əlaqələrini gücləndirmək məqsədi güdür: "Azərbaycanın Çinlə strateji tərəfdaşlıq üzrə imzaladığı bəyannamə ölkələr arasındakı qarşılıqlı etimad və iqtisadi əməkdaşlığı daha da möhkəmləndirib.
Bu, xüsusilə enerji sahəsində əməkdaşlığın inkişafına, habelə "Bir kəmər, bir yol" təşəbbüsünə dəstək verən ölkələr arasında da fəal əməkdaşlıq üçün təkan verir.
Bu təşəbbüs çərçivəsində Azərbaycan Çinin Asiya və Avropanı birləşdirən mühüm nəqliyyat və ticarət dəhlizinin bir hissəsi kimi, öz yerini gücləndirir.
Avropa İttifaqının 10 üzv ölkəsi ilə strateji tərəfdaşlıq bəyannamələrinin imzalanması Azərbaycanın Avropa ilə əlaqələrini dərinləşdirərək, iqtisadi və ticari sahələrdə daha çox əməkdaşlıq fürsətləri yaradır.