Çinlə enerji saxlama müzakirəsi

29.10.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan və Çin şirkətləri arasında bərpaolunan enerji və enerji saxlama sistemləri sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən bildirilib ki, agentliyin direktor müavini Fəqan Abdurəhmanov və böyük məsləhətçisi Habil Abdullayev Çinin Pekin şəhərində keçirilən “Connectivity Investment Conference on Energy Storage” adlı konfransda iştirak ediblər.

Konfrans çərçivəsində enerji saxlama sistemlərinin iqtisadi səmərəliliyi, investisiya imkanları, maliyyələşdirmə modelləri, eləcə də bu sahədə siyasət və tənzimləmə mexanizmləri müzakirə olunub. Toplantıda Çin şirkətlərinin və müxtəlif ölkələrin nümayəndələrinin iştirakı ilə enerji saxlama texnologiyalarının inkişafı və tətbiqi üzrə təqdimatlar keçirilib.

Konfrans çərçivəsində keçirilən “Developing Markets – Part 2” sessiyasında Fəqan Abdurəhmanov “Azərbaycanda bərpaolunan enerji və BESS-in inkişafı” mövzusunda təqdimatla çıxış edib. Təqdimatdan sonra keçirilən panel müzakirələrində iştirakçıların sualları cavablandırılıb.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью