Çinli döyüşçü Şanxayda Umar Nurməhəmmədovu nokaut etdi VİDEO

29.08.2026

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

28 yaşlı çinli yüngül çəki döyüşçüsü Sonq Yadonq Çinin Şanxay şəhərində keçirilən "UFC Fight Night 286" turnirində 30 yaşlı rusiyalı Umar Nurməhəmmədovu ikinci raundda nokaut edib.

İdman.Biz xəbər verir ki, Umar Nurməhəmmədov daha əvvəl UFC-nin yüngül çəki divizionunda titul uğrunda döyüşə iddialı olub.

Əslində Nurməhəmmədov iyul ayında UFC Abu-Dabidə döyüşməli idi. Lakin onun rəqibi Devid Martines zədə səbəbindən görüşdən çəkilib. Bundan sonra UFC Nurməhəmmədovun döyüşünü Şanxaydakı turnirə keçirib.

Umar Nurməhəmmədovun 30 yaşı var. Rusiyalı döyüşçü UFC-də debütünü 2021-ci ildə edib. Onun dünyanın ən nüfuzlu təşkilatındakı ümumi göstəricisi 8 qələbə və 2 məğlubiyyətdən ibarətdir.

Sonq Yadonqun 28 yaşı var. Çinli döyüşçü UFC-də debütünü 2017-ci ildə edib. Onun dünyanın ən nüfuzlu təşkilatında 13 qələbəsi, 4 məğlubiyyəti və 1 heç-heçəsi var.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью