Icma.az bildirir, GlobalInfo portalına istinadən.
ABŞ kəşfiyyat analitikləri Çin Prezidenti Si Cinpinin son illərdə həddindən artıq paranoya əlamətləri göstərdiyini bildirirlər.
Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times”in məqaləsində qeyd olunur.
Nəşrin məlumatına görə, analitiklər bu vəziyyəti Çin ordusunun yüksək komandanlığı arasında aparılan təmizləmələrlə, o cümlədən Mərkəzi Hərbi Komissiyanın sədr müavini, Cinpinin yaxın müttəfiqi general Çjan Yusya və onun müttəfiqi Liu Cenliyə qarşı qaldırılan işlə əlaqələndirirlər.
“The Wall Street Journal” qəzeti generalın ABŞ-a casusluq etməkdə və nüvə sirlərini sızdırmaqda ittiham olunduğunu bildirib. Lakin NYT-yə danışan keçmiş və hazırkı rəsmilər Pekinin ittihamlarını təsdiqləməyiblər.
Əliyar Xəlil
Globalinfo.az