Çinli hakerlər Conson və Sunakı hədəf alıbmış KİV

27.01.2026

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Böyük Britaniyanın “The Telegraph” qəzeti ölkədə casusluq qalmaqalını yenidən gündəmə gətirib. 

“Unikal” qəzetə istinadən xəbər verir ki, Çin illər boyu "Downing Street"dəki yüksək vəzifəli rəsmilərin mobil telefonlarını sındıraraq onları gizli şəkildə izləyib. Dinləmə siyahısında ilk yerlərdə keçmiş baş nazirlər Boris Conson və Rişi Sunakın yaxın köməkçilərinin olduğu bildirilir.

Qəzet yazır ki, bu casusluq əməliyyatı hökumətin ali rəhbərliyini təhlükə altına salıb və onların şəxsi ünsiyyətlərinin Pekinə sızdırılmasına səbəb olub. İddialara əsasən, Çində dövlət dəstəyi alan hakerlər 2021–2024-cü illər arasında Boris Conson, Liz Trass və Rişi Sunakın ən yaxın əməkdaşlarından bəzilərinin telefonlarını hədəfə alıblar. Bu hücumlar nəticəsində çinli casusların hökumətin yüksək səviyyəli üzvlərinə aid qısa mesajları oxuya və ya telefon danışıqlarını dinləyə bilməsi ehtimalını gündəmə gətirib. 

Telefon danışıqlarına birbaşa qulaq asmaq mümkün olmasa belə, hakerlərin meta-məlumatlara çıxış əldə etmiş ola biləcəyi vurğulanır. Həmin məlumatlar vəzifəli şəxslərin kimlərlə və nə qədər tez-tez əlaqə saxladıqlarını, eləcə də təxmini coğrafi mövqelərini üzə çıxara bilər.

Ayxanım Məlikova


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью