Çinli hərbi əsirləri yalnız onlarla dəyişəcəyik Zelenski şərtlərini bildirdi | Icma.az
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna çinli hərbi əsirləri yalnız Rusiyada saxlanılan ukraynalı əsirlərlə dəyişəcək.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O, artıq bu barədə qarşı tərəfə məlumat verdiklərini də bildirib.
Bundan başqa, Ukraynanın müharibəni davam etdirə bilməsi üçün daha çox “Patriot” sisteminə ehtiyacı olduğunu deyən Ukrayna Prezidenti ABŞ-dan böyük silah paketi almağa hazır olduğunu diqqətə çatdırıb.
“Ukraynanın ən az 10 sistemə daha ehtiyacı var. Rusiyanın ballistik raketlərinə qarşı kifayət qədər effektiv olanından.
Düşünürəm ki, “Patriot” bunun öhdəsindən hamısından yaxşı gəlir.
Biz ABŞ ilə dəfələrlə bu barədə danışmışıq, eləcə də Avropa ilə, kömək etməyə qadir hər kəslə.
Tam oxu
Xəbəri oxu