Çinli istehsalçıdan paralel idxala zərbə Li avtomobilləri bloklanacaq

23.05.2025

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

“Li Auto” şirkəti MDB məkanına paralel yolla ixrac edilmiş avtomobilləri bloklayacaq.

Avtosfer.az xəbər verir ki, bu barədə şirkətin Rusiyadakı nümayəndəliyi məlumat verib. Bloklama ilk növbədə Rusiya və Qazaxıstanda həyata keçiriləcək. 

Bunun üçün avtomobilin multimedia ekranı məsafədən söndürüləcək. Avtomobillərdə bütün əməliyyatların sensor ekranla həyata keçirildiyini nəzərə alsaq, deyə bilərik ki, sürücü heç nə edə bilməyəcək.

Məsələ ilə bağlı hazırlıqlar başlasa da, konkret bloklanma vaxtı məlum deyil.

Rəsmi dilerlərin satdığı avtomobillərlə bağlı heç bir məhdudiyyət nəzərdə tutulmur. 

Qeyd edək ki, bir neçə ay əvvəl “Zeekr” şirkəti də qeyri-rəsmi idxal edilən avtomobillərini eyni üsulla bloklamışdı.

Vüqar Yaşaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью