Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
"Çinli nostradamus" kimi tanınan Tzyan Süetsin 2027-ci il üçün dəhşətli proqnoz açıqlayıb.
Proqnozları dəfələrlə gerçəkləşən biri kimi tanınan analitikin “aif.ru-ya” verdiyi eksklüziv müsahibə böyük maraqla izlənilib.
2024-cü il seçkilərində Donald Trampın qələbəsini proqnozlaşdırdıqdan sonra "çinli Nostradamus" ləqəbini alan Çin tarixçisi, filosofu və pedaqoqunun sözləri geniş şərh edilib.
Xüsusilə, o, ABŞ-də məcburi hərbi xidmətin bərpa olunacağını, kütləvi iğtişaşlar və nümayişlər baş verəcəyini, daxili nəzarəti qorumaq üçün bütün böyük şəhərlərdə Milli Qvardiyanın yerləşdiriləcəyini proqnozlaşdırıb.
"Çinli Nostradamusu" əvvəllər ABŞ-nin İrana qarşı tammiqyaslı müharibəsinin başlayacağını proqnozlaşdırmışdı. Bildirmişdi ki, bu da uzunmüddətli müharibəyə çevriləcək, Amerika iqtisadiyyatının qaçılmaz çöküşünə səbəb olacaq və vətəndaş müharibəsi üçün bütün ilkin şərtləri yaradacaq.
Onun daha əvvəlki proqnozlarına görə, ABŞ-nin dəstəyini itirən Ukrayna Rusiya ilə münaqişədə bir neçə həftədən çox davam gətirə bilməyəcək. Onun fikrincə, Rusiya fürsət pəncərəsi qazanacaq və Odessanı ələ keçirəcək: “Onun itirilməsi Ukraynanın dənizə çıxışı ilə birlikdə həqiqətən də tam bir fəlakət olacaq”.
Ekspertlər hesab edirlər ki, Tzyan Süetsin çox yaxşı analitikdir və onun məsləhətlərinə qulaq asmağa dəyər. Xatırladaq ki, o, Donald Trampın 2024-cü il ABŞ seçkilərində qalib gələcəyini və Yaxın Şərqdə (xüsusən ABŞ-İran xəttində) hərbi gərginliyin artacağını öncədən böyük dəqiqliklə təxmin etdiyi üçün media tərəfindən "Çinin Nostradamusu" adlandırılıb.
Xəzər
“Cebheinfo.az”
Açar sözlər: "Çinli Nostradamus" 2027-ci il
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin