Çinli Olimpiya çempionları Bakıda çıxış edəcəklər

26.03.2025

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çinin bədii gimnastika komandası aprelin 18-20-də Bakıda keçiriləcək Dünya kubokunda mübarizə aparacaq.

İdman.biz xəbər verir ki, Paris Olimpiadasında çempion olan qrup komandası Milli Gimnastika Arenasındakı yarışda çıxış edəcək.

Komandanın heyəti yenilənib, lakin onların arasında Olimpiya Oyunlarında qızıl medal qazanan Dinq Sinyi və Van Lantszın da olacaq.

Fərdi yarışlarda iki gimnast çıxış edəcək. Onların arasında komandanın lideri, Paris Olimpiadasında çoxnövçülükdə yeddinci yeri tutan Zilu Vanq da var. O, Asiya çempionatının dördqat mükafatçısı və Asiya Oyunlarının bürünc mükafatçısıdır. Ondan başqa, Zihan Vanq da heyətə daxil edilib.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью