Çinli rejissor Sakit Don u səhnələşdirəcək

28.06.2025

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Çinli rejissor Mou Sen Mixail Şoloxovun romanı «Sakit Don» əsasında hazırlanacaq tamaşanı 2025–2026-cı yeni teatr mövsümündə Millətlər Teatrında səhnəyə qoyacaq.


Kulis.az xəbər verir ki, Çində məşhur olan bu romanı səhnəyə qoymaq təşəbbüsünü rejissor özü irəli sürüb.


Tamaşada rusiyalı aktyorlar çıxış edəcək. Millətlər Teatrı tərəfindən isə layihəyə rejissor Murat Abulkatinov cəlb olunub.


Qeyd edək ki, Rusiyanın xalq artisti Yevgeni Mironov layihə barədə “Onların bizim tariximizə, klassiklərimizə, psixoloji teatr məktəbimizə baxış bucağı bizim üçün olduqca maraqlıdır , bu həmişə gözlənilməz nəticələr verir”, - deyib.

"İnsanı səhnədən uzaqlaşdırın!.." - Oruellin ən qalmaqallı əsəri Sürücü ilə mübahisə edən aktyordan açıqlama Yay soyuqluqları - Rəvan Cavid
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью