Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Şençjou-23" missiyasının komandiri Çju Yanzhu Çinin "Tiangong" orbital stansiyasında bir il keçirəcək.
Bakıvaxtı.az "Sixua"ya istinadən xəbər verir ki, bu barədə Çin İnsan Kosmik Uçuşları Proqramı Ofisinin sözçüsü Çjan Cinqbo bildirib.
Onun sözlərinə görə, komandir 24 maydan bəri orbital stansiyadadır:
"Biz qərara gəldik ki, taykonavt Çju Yanzhu bir il orbitdə qalmaq üçün eksperimental missiya yerinə yetirəcək. Bu təcrübə aşağı Yer orbitində taykonavtların sağlamlığını, işini və yaşayış şəraitini dəstəkləmək üçün mövcud sistem üçün yeni çətinliklər yaradır. Bu, həm də elmi tədqiqatlar və texniki sınaqlar üçün dəyərli fürsət yaradacaq. Bu, kosmosda uzunmüddətli insan mövcudluğu və lazımi dəstək texnologiyaları ilə bağlı elmi çətinlikləri daha yaxşı anlamağa imkan verəcək".
Qeyd edək ki, komandir Çju Yanzhu Yerə yaxın kosmosda bu qədər uzun müddət işləyən ilk Çin vətəndaşı olacaq.
Gülşən Şərif