Çinli vəkili ADU nun qonağı olub Fotolar | Icma.az
Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yanvarın 23-də Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.
Gununsesi.info-nun məlumatına görə, ADU-nun rektoru akademik Kamal Abdulla qonağı universitetdə görməkdən məmnun olduğunu bildirib.
Azərbaycan-Çin əməkdaşlığının genişlənməsi, dərinləşməsi və intensivləşməsində iki ölkə rəhbərlərinin səfərlərinin əhəmiyyətini qeyd edən rektor bildirib ki, münasibətlərin dərinləşməsində iki ölkənin elmi, mədəni və humanitar əlaqələrinin genişləndirilməsi mühüm rol oynayır.
Rektor ADU-da fəaliyyət göstərən Konfutsi İnstitunun timsalında iki ölkə arasında elmi və mədəni əlaqələrin qurulması baxımından əlverişli imkanların mövcudluğundan danışıb.
Tələbələrin Çin dilinə, tarixinə, mədəniyyətinə və ədəbiyyatına böyük marağından söz açan rektor qarşılıqlı elmi əməkdaşlığın inkişafında mübadilə proqramlarının rolunu xüsusi vurğulayıb.
Qeyd olunub ki, son illər ADU ilə Çində fəaliyyət göstərən bir sıra universitetlər arasında qarşılıqlı tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin yeni mərhələdə inkişaf etdiyini görmək olar: “Azərbaycanla Çin arasında sıx əməkdaşlıq və tərəfdaşlıq münasibətləri var.
Bu münasibətlər özünü bütün sahələrdə olduğu kimi elmi, mədəni, humanitar sahələrdə də göstərir.
Tam oxu
Xəbəri oxu