Çinlilərin özü də artıq çin maşını almır Açıqlama

09.09.2026

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avqust ayında Çinin avtomobil satışları 24% azalaraq 1,54 milyon ədədə düşüb. Çinin yüksək rəqabətli yerli avtomobil bazarı ötən ay istehsalçıların qiymət müharibələrindən qaçmaq və daşınmaz əmlak böhranının yaratdığı istehlaka təzyiqi azaltmaq üçün xarici bazarlara üz tutması ilə kəskin daralma yaşayıb.
Azərbaycana gətirilən Çin maşınlarının sayında da azalma müşahidə oluna bilərmi?
Demokrat.az-a bu barədə açıqlama verən nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, Azərbaycan bu rəqəmlərə təsir edə biləcək bir bazar deyil: 

“Ən azı Azərbaycana gələn və yaxud gələcək maşınların sayında elə bir azalma müşahidə olunmur. İstənilən halda bu, mövsüm dəyişikliyi və ya başqa səbəblərdən dalğalanmalar nəticəsində artıb azalma ola bilər. Məsələn, bu ilin əvvəlində azalma oldu, çünki ötən il çox avtomobil gətirmişdi. Yəni belə səbəblər olacaq. Lakin indiki vəziyyətdə Çin maşınlarına bizdə azalma və yaxud maraq azalmır. Yenə biz baxırıq ki, eyni tempdə kifayət qədər satışlar gedir və yeni avtomobil seçiminin içində də yenə Çindən gələn maşınlar çox böyük rol oynayır. Yəni məsələn, əgər Çinin özündə avtomobil satışları azalırsa və yaxud artırsa, orada bunu nizamlayan böyük tərəflər var”.
Nəqliyyat eksperti əlavə edib ki, bu vəziyyət Çin hökumətinin özü də müxtəlif müdaxilələr etməsi ilə bağlıdır: 
“Məsələn deyək ki, bu gün Şanxay şəhərində 7 milyondan çox avtomobil var, amma bəlkə də 7 milyon insan da avtomobil almağa hazırdır, amma ala bilmir. Yəni bu, hələ o demək deyil ki, orada alıcılıq qabiliyyəti yoxdur. Məsələn o, lisenziya nömrəsi almalıdır, nömrə almaq üçün sıraya durmalıdır. Hökumət rəqəmlərə nəzarət edir. Yəni adamın əlində pulu var, amma avtomobil alıb sürə bilmir. Böyük şəhərlərdə Çində belə problemlər var. Digər kiçik yerlərdə və yaxud yaşam səviyyəsi yüksək olmayan yerlərdə bu problem deyil. Amma Azərbaycana gələn avtomobillərin sayında belə bir məhdudiyyət yoxdur. İndi sabah hansısa başqa bir səbəb ola bilər, hansısa alıcıların başqa bir avtomobilə marağı yarana bilər. O artıq iqtisadiyyatdır, hər gün yuxudan durub bir xəbər eşidə bilərik”.
Fidan Hacızadə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью