Cinpin Putinə Trampla söhbətindən danışıb

21.01.2025

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hurriyyet.az xəbər verir ki, bu gün Rusiya ilə Çin liderləri videokörpü formatında əlaqə saxlayıblar.
Söhbət zamanı Çin Xalq Respublikasının sədri RF Prezidenti Vladimir Putinə ABŞ Prezidenti Donald Trampla yanvarın 17-dəki telefon danışığı barəsində məlumat verib.
Bu barədə mətbuata RF Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, Putinlə Cinpin arasında söhbət 1 saat 35 dəqiqə, dostyana şəraitdə davam edib. Liderlər ikitərəfli münasibətləri və beynəlxalq məsələləri müzakirə ediblər.
Hürr Tərcüman

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью