Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Azərbaycanda cins itlərin və pişiklərin biznesi qanunla qadağan edilməlidir!”.
KONKRET.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Arzu Qazıyeva bildirib.
O sözlərini belə əsaslandırıb:
“Və yüksək məbləğdə cərimə qoyulmalıdır!
Bu biznesin baş verməməsi üçün güclü nəzarət olmalıdır!
Bizim cəmiyyət heyvanlara münasibətdə humanist, qayğıkeş deyil. Belə bir ənənə formalaşmayıb.
Çoxsu görüntü xətrinə cinsləri əldə edir, seçilmək, barmaqla göstərilmək üçün. Bu bir dəb halını alıb. Qarşıma belələri tez-tez çıxır.
Burda isə hər üç paylaşımdan biri küçəyə atılmış cins it-pişiyə sığınacaq axtarışı mövzusunda olur.
Adamlar onları bala vaxtında alır, gözə xoş gəldikləri, şirin olduqları üçün alırlar. Suvenir, dekorasiya kimi alırlar. Sonra həmin bala böyüyür, böyüdükcə qayğıları, xərcləri də artır. Onda da saxlamayıb küçəyə atırlar.
Küçələrdə onsuz da sahibsiz it-pişik çoxdur, dövlətin onlara ayırdığı pullar ünvanına xərclənmədən yoxa çıxır. Heyvanlar dirigözlü ölümə məhkum edilirlər. Onların saxlanması üçün bircə humanist addım belə atılmır. Adamlar sahibsiz heyvanlara, xüsusilə də itlərə qarşı çox amansızdırlar.
Bir yandan da cinslərin küçəyə atılmaları onların sayını artırır, mövcud vəziyyəti daha da ağırlaşdırır.
Adamlar yaşadıqları dünyanın həm də onun dördayaqlı sakinlərinin olduğunu dərk etmirlərsə, bölüşmürlərsə o zaman onlara heyvanlarla istədikləri kimi davranmaq lüksü də verilməməlidir”.
Natiq Səlim,
KONKRET.az