Cinsi həyatı kabusa çevirən problem. Qadınlar oxusun! | Icma.az
Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir. Cinsi həyat insan həyatının təbii və ayrılmaz hissəsidir.
Normal cinsi həyat insanın sağlamlığında böyük rol oynayır. Lakin bəzi problemlər var ki, onlar qadınların normal cinsi həyatına mane olur,
Uşaqlıq yolunun (vaginanın) quruluğu bu problemlərdən biridir. Uşaqlıq yolunun divarlarında olan vəzlər daim az miqdarda selik ifraz edir.
Bu selik uşaqlıq yolunun nəmliyini təmin edir. Cinsi əlaqə zamanı seliyin ifrazı artır ki, bu da cinsi aktı daha rahat və ağrısız edir.
Müxtəlif səbəblərə görə uşaqlıq yolunun nəmliyini təmin edən vəzlərin fəaliyyəti pozula bilər ki, bu da uşaqlıq yolunun quruluğuna və nəticədə cinsi əlaqə zamanı ağrılara, hətta kiçik qanaxmalara səbəb ola bilər.
Saglamolun.az xəbər verir ki, əksər hallarda uşaqlıq yolunun quruluğunun səbəbi menopauza ilə bağlı olan estrogen hormonların səviyyəsinin azalmasıdır.
Bu hormonlar qadın orqanizmində gedən bir çox proseslərə təsir edir. Digər səbəblər arasında bəzi preparatların qəbuludur.
Bu preparatlar arasında: arterial təzyiqi normallaşdıran preparatlar, atropin, allergiya əleyhinə preparatlar, antidepressantlar, hamiləlik əleyhinə dərmanlar və s.
Tam oxu
Xəbəri oxu