ÇinYaponiya müharibəsi qapıda: üzərində pulemyotlar olan gəmilər hərəkətə keçdi

08.01.2025

Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çin sahil mühafizə gəmilərinin Yaponiyanın milli ərazi sularını pozduğu bildirilir.

Publika.az xəbər verir ki, Yaponiyanın Okinava əyalətinin Naha rayonunda yerləşən 11-ci Region Sahil Mühafizəsi Qərargahının bəyanatına görə, 4 Çin sahil mühafizə gəmisi Yaponiyanın ərazi sularını pozub.

Yaponiyanın nəzarətində olan Minami-Kojima adalarının ətrafında pulemyotlarla təchiz edildiyi görülən gəmilər Yaponiya Sahil Mühafizəsinin xəbərdarlığından sonra bölgəni tərk edib.

Sözügedən hadisə 2025-ci ildə Çin gəmilərinin bölgədə Yaponiya ərazi sularını ilk dəfə pozması kimi qeydə alınıb. Çin gəmiləri Yaponiyanın ərazi sularını sonuncu dəfə 2024-cü il dekabrın 6-da pozub.

Dövlət televiziyası “NHK” bildirib ki, sahil mühafizəsi xarici gəmilərin milli ərazi sularını pozmasının qarşısını almaq üçün bölgəyə xəbərdarlıq və nəzarəti davam etdirir.

Aysel Şahmar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью