Ciorcia Meloni İtaliyanın Ukraynaya davamlı dəstəyini yeniləyib

06.12.2024

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İtaliyanın Baş naziri Ciorcia Meloni ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

SİA xəbər verir ki, İtaliya Nazirlər Şurasının məlumatına görə, Ciorcia Meloni söhbət zamanı İtaliyanın ədalətli sülhün əldə olunması məqsədilə rəsmi Kiyev və Ukrayna xalqı üçün təmin etdiyi dəstəyi bir daha təkrarlayıb. Baş nazir İtaliyanın 2025-ci ildə Romada Ukraynanın Bərpası Konfransını təşkil edəcəyini xatırladıb.

İki lider, həmçinin Avropa Şurası çərçivəsində qarşıda duran diplomatik təşəbbüslər barədə də fikir mübadiləsi aparıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью