Çips i rekord qiymətə satdılar

06.03.2025

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

"Pokemon" cizgi filminin sevilən personajı Charizard-a bənzəyən cips hərracda rekord qiymətə - 87 840 dollara satılıb.

Sfera.az “CNN Türk” nəşrinə istinadən xəbər verir ki, Goldin hərrac evi bu qəribə qəlyanaltının bazar günü satıldığını bildirib.

Açıqlamada qeyd olunub  ki, təklif olunan məhsul Pokemon Charizard şəklində 7,6 sm uzunluğunda cips markasından birinə məxsusdur. Xüsusi bir Pokemon kartında sabitlənib və şəffaf kart saxlama qutusuna yerləşdirilib. 


İlk dəfə 2018-2022-ci illər arasında kəşf edilib və satıldığı vaxta qədər saxlanılıb. 2024-cü ilin sonunda sosial media platformalarında böyük diqqət görüb.

Fidan Hacızadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью