Çips müəssisəsində yoxlama aparılıb, məhsullarından müayinə üçün nümunələr götürülüb NƏTİCƏSİ

25.11.2025

Marja.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qəbələ şəhəri, E.Kərimov küçəsi, ev 34 ünvanında yerləşən “Qəbələ Konserv Zavodu” MMC-yə məxsus çips istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən təkrar yoxlama zamanı “Çipsim” əmtəə nişanlı çips məhsullarından laborator müayinə üçün nümunələr götürülüb.

Agentlikdən Marja.az-a verilən məlumatda bildirilir ki, sınaq nəticəsində məhsulların tərkibində mononatrium qlütamatın (E621) miqdarının norma daxilində olduğu müəyyən edilib.

Müəssisə barəsində tətbiq edilən məhdudlaşdırıcı qərar qüvvədən salınaraq fəaliyyəti bərpa olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью