Çips və qazlı içkilərə yeni vergi tətbiq olunacaq

06.11.2026

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda çipslər və şirinləşdirilmiş qazlı içkilər aksiz vergisinə cəlb ediləcək.

Modern.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə əksini tapıb.

Layihəyə əsasən, şirinləşdirilmiş mineral və qazlı içkilərin hər litri üçün 10 qəpik aksiz vergisi müəyyənləşdirilir.

Bununla yanaşı, nazik doğranmış və ya nazik formaya salınmış, qızardılmış və yaxud qurudulmuş, tərkibində kartof və ya kartof dadı verən əlavələr olan məhsullara, yəni çipslərə də aksiz tətbiq olunacaq.

Həmin məhsulların hər kiloqramı üçün aksiz vergisi 1 manat təşkil edəcək.

Bununla bağlı Vergi Məcəlləsinə 190.3.10-1-ci və 190.3.17-ci maddələrin əlavə olunması nəzərdə tutulur.

Qeyd edək ki, hazırda energetik içkilərin hər litri üçün 3 manat 30 qəpik aksiz vergisi müəyyən edilib. Layihədə bu məbləğ dəyişdirilmir.

Təklif olunan dəyişikliklər qəbul ediləcəyi təqdirdə, çipslər və şirinləşdirilmiş qazlı içkilər də aksizli malların siyahısına daxil ediləcək.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью