Çipsi niyə aslılıq yaradır? Açıqlama

09.02.2026

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Endokrinoloq və nutrisoloq Darya Haykina duzlu qəlyanaltılardan, o cümlədən çipslərdən niyə asanlıqla əl çəkməyin çətin olduğunu izah edib.

Redaktor.az xəbər verir ki, həkim bu haqda lenta.ru-ya danışıb.

Mütəxəssisin sözlərinə görə, çipslərin tərkibində çoxlu miqdarda duz var. Duz yeməyin dadını gücləndirir, məhsulun yağlılığını “ört-basdır edir” və iştahanı stimullaşdırır. Haykina qeyd edib ki, çipslərdə duzla yanaşı yağın da yüksək olması bu məhsulları qida asılılığı yaradan kombinasiya halına gətirir. Məhz buna görə duzlu qəlyanaltılardan, qoz-fındıqdan və ya kartof fridən az miqdarda yeyib dayanmaq çətin olur.

Həkim əlavə edib ki, duzun həddindən artıq qəbulu toxluq mexanizmlərinin həssaslığını azaldır. Onun sözlərinə görə, duzluya olan güclü istək sadəcə kapriz deyil, fizioloji və neyrokimyəvi proseslərin nəticəsidir. Bununla belə, Haykina ölçüyə riayət etməyin vacibliyini vurğulayıb, çünki orqanizmin duza olan real fizioloji ehtiyacı olduqca azdır.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью