Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Özbəkistanda ciddi sağlamlıq problemləri yaranan 2 yaşlı uşaq əməliyyat olunub.
Avtosfer.az xəbər verir ki, uşağın bağırsağının bir hissəsi kəsilib götürülüb.
Məlumata görə uşaq daim çipsi, kartof fri və digər zərərli qidalardan istifadə edirmiş. Bu da bağırsaqda çürümə yaradıb. Həkimlər ilk əməliyyatı ötən il körpə 10 aylıq ikən ediblər. Əməliyyatın ikinci mərhələsi isə bu gün reallaşıb.
Mütəxəssislər uşaqların fastfudla qidalanmasının əleyhinə çıxırlar. ABŞ-nin İllinoys Universiteti və Pelotas Federal Universitetinin alimləri müəyyən ediblər ki, Sağlam olmayan rasiondan daha çox istifadə edən uşaqlar IQ testlərində nəzərəçarpacaq dərəcədə daha aşağı nəticələr göstəriblər.
Vüqar