Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiyalı reper Ciqan 2026-cı ilin sonuna qədər konsertlərdən və korporativ tədbirlərdən imtina edib.
Axşam.az xəbər verir ki, “Mash” nəşrinin məlumatına görə, İsraildəki reabilitasiya mərkəzində olan sənətçi hələ də müalicəsini davam etdirir. Onun Rusiyaya qayıtmasına davam edən qalmaqal və mümkün hüquqi məsuliyyətin mane olduğu bildirilir.
Qeyd edək ki, repçi iyulda Moskvadakı evində işçilərini girov götürərək onlara atəş açıb. Hadisə zamanı Ciqanın övladları da evdə olub. Bundan başqa, keçmiş həyat yoldaşı Oksana Samoylova onu valideynlik hüququndan məhrum etmək üçün məhkəməyə müraciət edib.