Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Rusiya Milli Qvardiyası məşhur repçi Ciqana (əsl adı Denis Ustimenko-Vaynşteyn) qarşı araşdırmaya başlayıb. Silahların saxlanması üçün tibbi arayışların alınmasının qanuniliyi araşdırılır.
Bu barədə Bakıvaxtı.az "SHOT" "Telegram" kanalına istinadən məlumat verib.
Hüquq-mühafizə orqanları hazırda repçinin ziyarət etdiyi bütün atıcılıq klublarının əməkdaşları ilə sorğu-sual aparırlar. Mənbənin sözlərinə görə, bu müəssisələrin əksəriyyəti Moskva vilayətində yerləşir.
Hüquq-mühafizə orqanları ziyarətçi haqqında daxili məlumatları, o cümlədən onun məkanda qalma müddəti, istifadə edilən silahlar və təqdim edilən tibbi arayışlarları tələb edir. Həmçinin ifaçının özünü nə dərəcədə adekvat apardığı və müəyyən edilmiş qaydalara riayət edib-etmədiyi də araşdırılır. Ciqanın evində baş verən insidentdən onun silah saxlamaq üçün tibbi sənədləri hansı yolla əldə etdiyi və müvafiq tibbi müayinədən harada keçdiyi də əlavə olaraq araşdırılır.
Qeyd edək ki, Rusiyada qanuni olaraq silah saxlamaq üçün Rusiya Milli Qvardiyasından icazə tələb olunur və yaşayış yeri üzrə verilir. Silah kilidlənə bilən seyfdə yerləşdirilməli, açarı isə yalnız sahibində olmalıdır.
Xatırladaq ki, daha əvvəl Ciqan Moskva ətrafındakı evində xidmətçi heyətini on saat ərzində girov saxlayıb və onlara atəş açıb. Bəzi nəşrlərin məlumatına əsasən, sənətçinin mühafizəçisi qolundan və ayağından yaralanıb. Bildirilir ki, hadisə baş verən zaman reperin bloqer Oksana Samoylova ilə evliliyindən olan dörd övladı da evdə olub və mənbələrin sözlərinə görə, uşaqlar həmin vaxt şkaflarda gizləniblər.