Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.
Rusiyalı şoumen Nikita Ciqurda infarkt keçirib.
Axşam.az xəbər verir ki, xəstəxanaya yerləşdirilən 65 yaşlı rusiyalı aktyor və müğənni sosial şəbəkədə özünü normal hiss etdiyini bildirib.
Ciqurdanın sözlərinə görə, infarktı ayaqüstə keçirib. O, hadisədən əvvəl vinil plastinkalar istehsal edən zavoda baş çəkmək üçün Yekaterinburqda olub. Məhz orada səhhəti qəfil pisləşib.
Aktyor Moskvaya qayıtdıqdan sonra vəziyyətinin daha da ağırlaşdığını və hətta ağrıdan yaşamaq istəmədiyini deyib.
Hazırda reanimasiya şöbəsində olan Ciqurda həkimlərin vəziyyətini mürəkkəb qiymətləndirdiyini vurğulayıb.