Çirkab sulardan qiymətli xammal əldə olunacaq

28.07.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Yaponiyadan olan tədqiqatçılar "yaşıl" elektrik enerjisindən istifadə etməklə, adi otaq şəraitində nitratları ammonyaka çevirən unikal katalizator hazırlayıblar. Yeni texnologiyanın əsas üstünlüyü katalizatorun reaksiya prosesində sabit qalmaması, öz-özünü tənzimləyərək daha aktiv vəziyyətə gəlməsidir. Mis və kobalt əsasında adi temperatur və təzyiqdə sintez edilən bu sistem yüksək effektivliyi ilə seçilir.

Eksperimentlər göstərib ki, mis nitratları özünə birləşdirərək lazımi çevrilmələri başladır, kobalt isə suyu parçalayaraq ammonyakın yaranmasını sürətləndirən hidrogen zərrəcikləri təmin edir. Bu iki elementin sinerjisi kənar maddələr yaranmadan tez bir zamanda keyfiyyətli ammonyak almağa şərait yaradır.

Sınaqlar zamanı katalizator 60 saatdan çox sabit işləyib və sudakı nitratların səviyyəsini 140 ppm-dən 7,45 ppm-ə qədər endirib. Bu göstərici Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi normadan qat-qat aşağıdır. Kəşfin əsas əhəmiyyəti çirkab suların təmizlənməsi ilə yanaşı, eyni vaxtda qiymətli sənaye məhsulunun əldə edilməsindədir. Yaponiya alimləri gələcəkdə bu texnologiyanı real çirkab su hövzələrində sınaqdan keçirməyi və istehsalı kütləviləşdirməyi planlaşdırırlar.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью