Çirkli hava səbəbindən 700 nəfər xəstəxanaya yerləşdirildi

06.12.2024

Icma.az xəbər verir, Manset saytına əsaslanaraq.

İranın cənub-qərbində, Xuzistan əyalətinin Əhvaz şəhərində havanın çirklənməsi ilə bağlı 700-ə yaxın insan xəstəxanalara müraciət edib.

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Əhvaz Cündişapur Tibb Elmləri Universitetinin vitse-prezidenti Meysem Muazi ölkədə havanın çirklənməsi ilə bağlı açıqlama verib.

Muazi hava çirkliliyinin artması ilə birlikdə son 24 saatda 700-ə yaxın insanın ürək və tənəffüs xəstəlikləri səbəbiylə universitetə ​​bağlı xəstəxanalara müraciət etdiyini bildirib.

Şəhər əhalisini tədbir görmələri ilə bağlı xəbərdar edən Muazi, " Havanın çirkli olduğu günlərdə insanlardan evlərini tərk etməmələrini , tənəffüs problemi olanların dərmanlarını vaxtında almalarını və açıq havada olmamalarını xahiş edirik" deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью