Ciro İmmobile İtaliya klubunda RƏSMİ | Icma.az
Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. "Beşiktaş"dan ayrılan Ciro İmmobilenin yeni klubunun adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, italiyalı forvard "Bolonya"ya keçib. Bu barədə A Seriyası klubunun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı futbolçu ilə 2025/2026 növsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Beşiktaş" Ciro İmmobileni 2024-cü ilin yayında "Latsio"dan transfer etmişdi.
Təcrübəli forvard "qara qartallar"ın heyətində meydana çıxdığı 41 rəsmi matçda 19 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu