CISCOnun rəhbərliyi ilə süni intellekt istiqamətində əməkdaşlıq imkanları MÜZAKİRƏ EDİLDİ

15.11.2024

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan CISCO-nun baş vitse-prezidenti Meri De Vısotski ilə görüşüb.
Nazirlikdən Bizim.Media-ya bildirilib ki, görüşdə informasiya texnologiyalarının müxtəlif sahələrində, o cümlədən süni intellekt istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.
Eyni zamanda, şirkətlə birgə təlimlərin təşkili və Azərbaycanda regional mərkəzin yaradılması məsələləri nəzərdən keçirilib.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью