Çiskinli, yağışlı və dumanlı

19.11.2024

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, noyabrın 20-də Bakıda və  Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskin olacağı, gündüz isə arabir yağış yağacağı ehtimalı var. 

Mülayim şimal-qərb küləyi  əsəcək, günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq. Gecə 9-11°, gündüz 12-15° isti olacaq.Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80  faiz  olacaq.  

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin  gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.  

Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7°, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.

Q. QASIMOV
XQ 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью