Civo Abdulay: Qlobal Şimal maliyyə öhdəliklərini lazımi dərəcədə yerinə yetirmir

19.11.2024

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Qlobal Şimal Qlobal Cənub qarşısında iqlim maliyyələşdirilməsi ilə bağlı öhdəliklərini lazımi dərəcədə yerinə yetirmir.

Bunu Syerra-Leonenin ətraf mühit naziri Civo Abdulay COP29-un kuluarlarında “Report”un sualını cavablandırarkən bildirib.

"Əgər Qlobal Şimal iqlim maliyyələşdirilməsi ilə bağlı öhdəliklərini yerinə yetirsəydi, COP29-a gəlməyimizin mənası olmazdı", - o qeyd edib.

Nazirin sözlərinə görə, inkişaf etmiş ölkələrin iqlim maliyyələşdirməsi ilə bağlı öhdəliklərini yerinə yetirməməsi inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına fəlakətli dərəcədə mənfi təsir göstərir.

"Ümid edirik ki, bu məsələni həll edə biləcəyik, çünki əks halda bu, ölkələrimiz, iqtisadiyyatımız və ekosistemlərimiz üçün böyük itkilərə səbəb olacaq", - C.Abdulay vurğulayıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью