Çıxarışlı çıxarışsız ən ucuz evi hardan almaq olar? EKSPERT AÇIQLADI | Icma.az
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Mövcud vəziyyət göstərir ki, Azərbaycanda çoxmənzilli binaların bir qismi çıxarışlı, digəri isə çıxarışsız vəziyyətdədir.
Ümumilikdə, çıxarışın mövcudluğu binanın istismara qəbul olunub-olunmamasına, hüquqi sənədləşmənin tamlığına və tikinti prosesinin normativ-hüquqi çərçivəyə uyğunluğuna bağlıdır.
Çıxarışsız çoxmənzilli binalar əsasən istismara qəbul olunmamış yeni tikililərdə müşahidə olunur.
Belə tikililərin rəsmi qeydiyyata alınmaması onların hüquqi statusunu qeyri-müəyyən edir və vətəndaşlar üçün əmlak üzərində tam mülkiyyət hüququnun əldə edilməsini çətinləşdirir”.
Bu sözləri SİA-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.
Elnur Azadov sözlərinə belə davam edib: “Hazırda çıxarışsız evlərin əhəmiyyətli bir hissəsi paytaxt Bakı və onun ətraf ərazilərində – xüsusilə Şuşa şosesinə yaxın ərazilərdə, şəhərsalma baxımından kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşir.
Bu cür torpaqlarda fərdi yaşayış evlərinin tikintisi şəhərsalma sənədlərinə uyğun gəlmədiyi üçün onların sənədləşdirilməsi çətinlik yaradır.
Tam oxu
Xəbəri oxu