Çıxış yolu intensiv heyvandarlığa keçməkdir Mütəxəssis

13.10.2025

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Son bir iki ildə dünya üzrə heyvandarlıq məhsullarının - ətin, südün və kərə yağının qiymətində bahalaşması müşahidə olunur. Bununda nəticəsidir ki, ölkədə satılan kərə yağının qiyməti yüksəlir. İdxal qiyməti yüksək olduğu üçün məhsulun satış qiyməti də bahadır”.

Bunu 525.az-a aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov söyləyib. O qeyd edib ki, vəziyyətdən çıxış yolu intensiv heyvandarlığa keçməkdir. Əgər belə olsa daxili istehsal yüksələcək və ölkədə yerli kərə yağı istehsalı artacaq. Nəticədə həm məhsul bol, həm də qiymətlər əlçatan olacaq. Bunu nəzərə alaraq hökumət tərəfindən heyvandarlığın  inkişafına nail olunmalıdır. Əks halda ölkə kərə yağı baxımından tamamilə idxaldan asılı olcaq”.

Sevinc QARAYEVA
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью