“Çıxmaq istəyib, lap yaxşı, xoş getdi!” Anardan reaksiya

22.01.2026

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yazıçı, tərcüməçi Zahid Sarıtorpaq Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən imtina edib.

“Qafqazinfo” xəbər verir ki, 69 yaşlı şair bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“AYB üzvlüyündən imtina edirəm. 37 ildir bu qurumun üzvü idim. Getməyim heç də üzvlükhaqqı ödəməklə bağlı deyil. O, cüzi məbləğdir, lazım bilsəydim, ödəyərdim. Səbəblər var, sadəcə, açıb-ağartmıram... Nə isə... Fikrimi ilk dəfə buradan bildirirəm: xoşca qalın, getdim...”, - deyə o yazıb.

AYB sədri Anar Rzayev məsələ ilə bağlı “Qaynarinfo”ya açıqlamasında onun istefasının səbəbini bilmədiyini söyləyib: “Özündən soruşun. Ərizə verirlər, baxırıq, layiq olanlar sıralarımıza qəbul olunur. Kimsə çıxmaq istəsə, deyirik xoş gəldin. Çıxmaq istəyib, lap yaxşı, özü bilər, xoş getdi!”

A.Rzayevin qurumdan istefalara reaksiyası isə belə olub: “Elə bilməsinlər ki, Yazıçılar Birliyi bununla nəsə itirir, əsla!”

Qeyd edək ki, bir müddət öncə Azərbaycan Yazıçılar Birliyinə üzvlük dayandırılıb. Qurumdan isə bildirilib ki, üzvlüyə qəbul keçən ilin sonlarından dayandırılıb, lakin əvvəlki tarixdə müraciət edənlərin sənədlərinə baxılır. Qəbul komissiyası işləri AYB-nin 2027-ci ildə keçiriləcək qurultayına qədər dayandırılıb, səbəb isə müraciət çoxluğudur. Üzvlükhaqqını ödəməyənlər təlimata uyğun olaraq Birlikdən kənarlaşdırıla bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью