Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qarğıdalı adətən bişirilərək istehlak olunur. Lakin bu, onun çiy halda, xırtıldayan teksturasından və şirin dadından zövq alaraq yeyilməsinin mümkün olmadığı anlamına gəlmir.
Demokrat.az xəbər verir ki, diyetoloqlar “Verywell Health” portalı üçün hazırlanan məqalədə çiy qarğıdalının orqanizmə necə təsir etdiyini və kimlərin ondan ehtiyatla istifadə etməli olduğunu izah ediblər.
Bildirilir ki, çiy qarğıdalı yemək təhlükəsizdir və bir qayda olaraq, orqanizm tərəfindən yaxşı qəbul edilir. Bununla belə, çiy qarğıdalı istilik emalından keçmədiyi üçün onu istehlak etməzdən əvvəl yaxşıca yumaq və gigiyena qaydalarına riayət etmək vacibdir.
Çiy qarğıdalı yeyəndə orqanizmdə nə baş verir?
Daha çox qorunmuş lif və davamlı nişasta qəbul edilir
Çiy qarğıdalı bişmiş qarğıdalı ilə müqayisədə daha çox lif və davamlı nişasta ehtiva edə bilər. Qidanın bişirilməsi nişastanın parçalanmasına kömək edir və qarğıdalının həzmini asanlaşdırır. Bununla belə, araşdırmalara əsasən, insanların əksəriyyəti çiy qarğıdalını normal şəkildə qəbul edir.
Çiy qarğıdalı daha şirin dada malik olur
Bişirmə prosesi qarğıdalıda qlükoza, fruktoza və maltoza kimi bəzi şəkərlərin miqdarını azaldır. Buna görə çiy qarğıdalının dadı daha şirin ola bilər.
Enerji artımı hiss edilə bilər
Qarğıdalı tam taxıllı karbohidrat mənbəyidir və bir orta ölçülü qarğıdalı koçanında təxminən 19 qram karbohidrat olur. Orqanizm karbohidratları qlükozaya parçalayır və hüceyrələr daha sonra bu maddədən əsas enerji forması olan ATF-ni istehsal etmək üçün istifadə edir. ATF gündəlik funksiyalardan tutmuş əzələlərin hərəkətinə qədər müxtəlif prosesləri enerji ilə təmin edir.
Daha tox hiss etmək mümkündür
Davamlı nişasta toxluq hissi ilə əlaqəli bağırsaq hormonlarının fəaliyyətini yaxşılaşdıra bilər. Lakin bunun qidadan daha çox məmnunluq hissinə səbəb olub-olmadığını müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac var.
Karotinoidlərin miqdarı daha az ola bilər
Eyni zamanda, çiy qarğıdalıda antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malik bioaktiv birləşmələr olan karotinoidlərin miqdarı daha azdır. Kulinariya emalı lutein, zeaksantin və beta-karotinin orqanizm üçün əlçatanlığını, yəni bioəlçatanlığını artırır.
Çiy qarğıdalı təhlükəsizdirmi?
Bəzi insanlar çiy qarğıdalıdan uzaq durmalıdır, çünki dənələr boğulma təhlükəsi yarada bilər. Bunlara aşağıdakılar daxildir:
* körpələr və azyaşlı uşaqlar;
* udmaqda çətinlik çəkən insanlar (disfagiya);
* dişlərinin vəziyyəti yaxşı olmayan insanlar.
Bəzi insanlar isə qida zəhərlənməsi riskinin bir qədər yüksək olması səbəbindən çiy qarğıdalıdan ehtiyatla istifadə etməlidirlər. Bunlara:
* hamilə və ya süd verən qadınlar;
* immun sistemi zəif olan insanlar;
* yaşlı insanlar daxildir.
Jalə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Demokrat.az xəbər verir ki, diyetoloqlar “Verywell Health” portalı üçün hazırlanan məqalədə çiy qarğıdalının orqanizmə necə təsir etdiyini və kimlərin ondan ehtiyatla istifadə etməli olduğunu izah ediblər.