Çiy süddən hazırlanan pendir yedi, 9 il komada qaldı

03.08.2026

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

taliyada 13 yaşlı Mattia Maestri doqquz il komada qaldıqdan sonra vəfat edib. Onun həyatı 2017-ci ildə, cəmi 4 yaşı olarkən çiy süddən hazırlanmış pendir yedikdən sonra dəyişmişdi.

Bu barədə İtaliyanın ANSA agentliyi məlumat yayıb.

Məlumata görə, Mattia ailəsi ilə birlikdə kəndə səfəri zamanı çiy süddən hazırlanmış pendir yeyib. Qısa müddət sonra onda güclü qarın ağrıları başlayıb. Vəziyyəti sürətlə ağırlaşan uşaq xəstəxanaya çatdırılıb və komaya düşüb.

Aparılan müayinələr nəticəsində məlum olub ki, pendir Escherichia coli (E. coli) bakteriyası ilə çirklənmiş çiy süddən hazırlanıb.

Həkimlərin sözlərinə görə, bakteriya uşaqda hemolitik uremik sindrom (HUS) yaradıb. Bu ağır fəsad nəticəsində onun beyni zədələnib, iflic, korluq və ağır epilepsiya inkişaf edib. Mattia bir daha ayılmayıb və doqquz il komada qaldıqdan sonra 13 yaşında dünyasını dəyişib.

Günay

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью