Çiyələk almağa gedən 28 yaşlı gənc qəflətən vəfat edib

16.08.2025

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çiyələk almaq üçün sahəyə gedən şəxs qəfildən vəfat edib.

Milli.Az xəbər verir ki, hadisə dünən saat 11 radələrində baş verib.

Belə ki, 1997-ci il təvəllüdlü Ş.Abışov Cəlilabad-Masallı avtomobil yolunda yerləşən çiyələk sahələrindən çiyələk giləmeyvəsi alıb avtomobilinə tərəf gedərkən qəfildən halı pisləşdiyindən yerə yıxılıb və huşunu itirib.

Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım avtomobili ilə Cəlilabad RMX PHŞ-ya aparılıb. Xəstəxanaya çatdırıldıqda isə artıq onun öldüyü məlum olub.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью