Icma.az, Moderator.az saytına istinadən bildirir.
Çiyələyin istehlakdan xeyli əvvəl yuyulması düzgün deyil.
Bunu "Life.ru"ya aqronom Aleksey Kurenin deyib.
Mütəxəssisin sözlərinə görə, çiyələk üzərindəki torpaq qalıqları, toz və müxtəlif mikroorqanizmləri təmizləmək üçün mütləq yuyulmalıdır. Lakin bunu yalnız yeməkdən dərhal əvvəl etmək tövsiyə olunur.
Kurenin qeyd edib ki, su giləmeyvədə kifin yaranmasını sürətləndirir, saxlanma müddətini azaldır və çiyələyi sulu hala gətirir.
Onun sözlərinə görə, çiyələyi təxminən 30 saniyə ərzində soyuq axar suyun altında əllə ehtiyatla qarışdıraraq yumaq kifayətdir.
(publika)