Çiyələyin FAYDALARI və ZİYANLARI | Icma.az
Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq. Kalium və maqnezimla zəngin olduğuna görə, çiyələk ürək-damar sistemi üçün çox faydalıdır
Çiyələk C vitamini ilə də olduqca zəngindir. C vitamini orqanzmin normal fəaliyyəti üçün ən vacib vitaminlərdən biridir.
Həmçinin C vitamini güclü antioksidantdır ki, orqanizmdə gedən qocalma proseslərini ləngidir, orqanizmi cavanlaşdırır.
Saglamolun.az xəbər verir ki, fol turşusu, dəmir və mislə zəngin olan çiyələk qanın tərkibini yaxşılaşdırır, anemiya (qanazlığı) zamanı faydalıdır.
Çiyələk təbii antidepressantdır. Bu giləmeyvənin qoxusu və dadı insanın əhvalını yaxşılaşdırır, stressi azaldır, insanı daha gümrah edir.
Çiyələk bütün dünyada güclü afrodiziak (cinsi həvəsi artıran məhsul) kimi tanınır.
Bütün bu faydalı xüsusiyyətlərə baxmayaraq çiyələk kifayət qədər təhlükəli məhsuldur.
Belə ki, çiyələk tez-tez zəhərlənmə və allergiyalara səbəb olur. Öz təbii mövsümündən tez yetişdirilmiş çiyələk çox ziyanlıdır.
Tam oxu
Xəbəri oxu