Ciyər axşamında baş verən kütləvi dava ilə bağlı RƏSMİ AÇIQLAMA

22.12.2024

Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ucarın Bağman kəndində dekabrın 20-si, gecə saatlarında "ciyər axşamı"nda əlbəyaxa davada iştirak edən tərəflərin izahatları alınıb və müvafiq ekspertizalar təyin edilib.

Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Qeyd olunub ki, faktla bağlı Ucar Rayon Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır: "Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью