Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir. “Çiyin ağrıları yuxarı ətrafda olan ən sıx rastlanan ağrılardandır.
40 yaşdan yuxarı insanlarda daha çox müşahidə olunur. Çiyin ağrıları müxtəlif səbəblərdən, çiyinin öz zədələrindən və digər xəstəliklərin nə
Bu sözləri SİA-ya açıqlamasında həkim fizeoterapevt Şəhla Qafarova deyib.
O bildirib ki, çiyin ağrılarına aşağıda qeyd olunanlar səbəb olur: -boyun fəqərəarası yırtıqları; -çiyin travmaları; -çiyin bağlarının dartılması, əzilməsi; -yuxarı ətrafların, kürək sümüyünün sınıqları zamanı hərəkət məhdudluğu; -adətı çiyin oynağı çıxıqları və s.Çiyin oynağı quruluşuna görə mürəkkəb oynaq olduğundan, müalicəsi də vaxtında və yetərli qədər olmalıdır.
Bəzən işemik insult, sınıqlar və digər zədələnmələr sonra hərəkətsizlik nəticəsində “donmuş çiyin sindromu” meydana gələ bilər ki, bu da hərəkət məhdudiyyəti ilə yanaşı güclü ağrı verir.
Ümumiyyətlə çiyin ağrıları çox dözülməz və əzabverici olur. Bu səbəbdən həkimin ilk məqsədi ağrını aradan qaldırmaq və səbəbdən asılı olaraq
Bu zaman fizioterapevtik müalicə ən effektiv olanıdır. Həmçinin lokal olaraq analqetik cərəyanlardan istifadə olunur.
Oynaq hərəkəti məhdudlaşdığından oynaq mayesinin həcmində azalma olur.